Baykon Group » Haqqımızda

Haqqımızda

“Baykon İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın tikinti sektorunda uğurla fəaliyyət göstərir. Uzun illərin təcrübəsinə və peşəkar komandamıza əsaslanaraq, Bakı şəhəri və ölkənin müxtəlif regionlarında bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsində iştirak etmişik.

Şirkətimiz geniş spektrli tikinti və təmir xidmətləri təqdim edir. Əsas fəaliyyət sahələrimizə aşağıdakılar daxildir:

  • MEP işləri (Mexanika, Elektrik və Santexnika),
  • Təmir-tikinti və fit-out işləri,
  • Metal konstruksiya və təməl-beton işləri,
  • Daxili və xarici incə təmir, interyer dizaynı,
  • Taxta, döşəmə, mərmər, aqlay, kafel, metlax, fasad təmiri,
  • Layihələndirmə və sahə təşkili (ofis konteynerləri, prefabrik ofislər, WC konteynerləri, mobil konteynerlər, anbar binaları və s.),
  • Beton, armatur və hörgü işləri,
  • Sendviç panellə hər növ tikinti (anbar, ofis, yeməkxana, sanitar qovşaqlar, mühafizə otaqları, laboratoriyalar və s.).

Məqsədimiz müştərilərimizin tələblərinə cavab verən, funksional və estetik baxımdan yüksək keyfiyyətli məkanlar yaratmaqdır. Göstərdiyimiz hər bir xidmətə ciddi nəzarət edir, tikinti prosesində müasir texnologiyalardan və dayanıqlı materiallardan istifadə edirik.

“Baykon İnşaat” MMC – tikinti sahəsində etibarınız və keyfiyyət zəmanətiniz.

Sosial şəbəkələrdə paylaş